Biləsuvar sakini Lənkəranda dənizdə batdı

29 İyul 2015 11:47 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə dənizin Lənkəran rayonunun Sütəmurdov kəndi sahilində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Cavid Barat oğlu Miriyev dənizdə çimərkən batıb. Onun meyidi yaxınlıqdakı şəxslər tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.