FHN iki nəfəri xilas etdi

29 İyul 2015 22:18 (UTC+04:00)

AzNews.az nazirliyi saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində 1 nəfər çayda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3000 m aralı, nəzarətsiz ərazidə) , Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Hər iki şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.