Masallıda ev yandı
30 İyul 2015 09:35 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə, 1 otağın yanar konstruksiyası və ev əşyalar 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.