Alimentə görə məhkəmədə özünü bıçaqladı - Göygöl

30 İyul 2015 10:50 (UTC+04:00)

AzNews.az APA-nya istinadən xəbər verir ki, hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb. Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.