“Parabank”ın bağlanma xəbərinə - Reaksiya
30 İyul 2015 15:03 (UTC+04:00)
Həmin xəbərdən sonra "Parabank"dan informasiya ilə bağlı rəsmi açıqlama gəlib.
"Parabank"ın İdarə Heyətinin sədrinin I müavini Azər Rəhimlinin açıqlamasını təqdim edirik:
"AzNews.az" informasiya portalının saytında 2015-ci il iyulun 29-da yazıb yaydığı – "Parabank" da bağlana bilər - 40 milyonluq dələduzluğa görə" başlığı altında məlumatla əlaqədar olaraq bildiririk ki:
Hazırda Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən heç bir yoxlamalar keçirilmir. Əvvəlki yoxlamalar zamanı isə qanun pozuntuları aşkarlanmayıb. Bank öz fəaliyyətini davam etdirərək müştərilərinə xidmət göstərir və filiallar şəbəkəsinin genişləndirilməsi üçün çalışır"
AzNews.az