Avstriya Azərbaycandan idxalı artıracaq
19 Oktyabr 2012 07:09 (UTC+04:00)
Avstriya Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır. APA-nın verdiyi məlumatına görə, bunu Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç bəyan edib.
Səfir bildirib ki, 2012-ci ilin ilk yarısı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 60 mln. manat, 2011-ci ildə isə 150 mln. manat təşkil edib. S.Mayer-Kaybiç həmçinin vurğulayıb ki, son 3 il ərzində ticarət dövriyyəsində daim artım müşahidə olunur.
S.Mayer-Kaybiçin sözlərinə görə, Avstriyadan Azərbaycana əsasən mal-qara ixrac edilir, Azərbaycandan isə əsasən neft və neft məhsulları idxal edilir. Lakin Avstriya həmçinin Azərbaycandan meyvə və tərəvəz idxal etmək marağındadır.
AzNews.az