Türkiyəni vəziyyətdən “Qazprom” çıxardı

19 Oktyabr 2012 09:15 (UTC+04:00)
İrandan Türkiyəyə qaz nəqlində problem yaranıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İrandan gələn kəmərin Ağrı dağından keçən hissəsində partlayış verib. Bu səbəbdən İrandan qazın nəqli tamamilə dayandırılıb.

Rusiya mətbuatının yazdığına görə, Türkiyə qaz nəqli şirkəti Botas Rusiyaya müraciət edib. Qazprom isə "Mavi axın" vasitəsilə Türkiyəyə nəql olunan qazın həcmini qaldırıb.

Sadiq Musa
AzNews.az