“Twitter” istifadəçilərinə şad xəbər
14 Avqust 2015 09:55 (UTC+04:00)
AzNews.az ictnews.az-a istinadən xəbər verir ki, bu haqda "USA Today" nəşri yazıb.
Bu dəyişiklik avqustun 12-dən "Twitter"in bütün mobil proqramları, həmçinin sosial şəbəkənin saytından yazan istifadəçilər üçün əlçatandır.
Standart ictimai mesajlara qoyulmuş məhdudiyyət (140 simvol) isə saxlanılır.
Qısa mesajlarla paylaşmağa imkan verən "Twitter" mikrobloqlar xidməti 2006-cı ilin iyulunda istifadəyə verilib. 2011-ci ildə xidmətin aktiv istifadəçilərinin auditoriyası ilk dəfə 100 milyonu ötüb.
Hazırda bu göstərici təxminən 302 milyon nəfər təşkil edir. Bütövlükdə "Twitter"də 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.