Xankəndi aeroportunda ilk uçuş
20 Oktyabr 2012 08:49 (UTC+04:00)
Xocalı aeroportundan ilk reys yaxın günlərdə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzetinə Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin "baş naziri" Ara Arutyunyan bildirib.
O qeyd edib ki, ilk uçuş texniki xarakterli olacaq, buna görə də hələlik sərnişin daşımaları barədə danışmaq tezdir.
Qəzet Ermənistan prezidenti Serj Sərkisyanın İrəvan-Xocalı-İrəvan reysinin ilk sərnişini olacağı barədə vədini xatırladaraq onun öz vədinə əməl edib-etməyəcəyi ilə maraqlanıb. Prezidentin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan bildirib ki, belə bir addım planlaşdırılsa, kütləvi informasiya vasitələri həmin ərəfədə məlumatlandırılacaqlar.
AzNews.az