Ermənistandan qərbyönümlü kursa xəyanət
22 Oktyabr 2012 13:50 (UTC+04:00)
Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Muratbek İmanaliyevlə görüşəcək.
AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə İrəvanın təşkilata müşahidəçi qismində üzvlüyü müzakirə olunacaq. Görüşün oktyabrın 20-26-da Baqdasaryanın Çin səfəri zamanı baş tutacağı bildirilir.
Bundan əlavə, Baqdarsaryanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə Kollektiv Təhlükəsizlik Təşkilatının birgə iclasında da iştirak edəcəyi deyilir.
Sadiq Musa
AzNews.az