Polis məntəqəsi partladılıb
23 Oktyabr 2012 04:14 (UTC+04:00)
Rusiya Şimali Osetiya respublikasında polis məntəqəsi partladılıb. Hadisə Şimali Osetiya – İnquşetiya sərhədində baş verib. Partlayış VAZ-2109 avtomobili vasitəsilə həyata keçirilib.
İnsident nəticəsində 1 polis nəfəri həlak olub, 3 nəfər isə yaralanıb. Rusiya DİN-in məlumatında hadisənin terrorçu-kamikadze tərəfindən törədilməsi ehtimalının da nəzərdən keçirildiyi bildirilir.
AzNews.az