İraq Küveytə kompenasiya ödəyəcək

24 Oktyabr 2012 11:00 (UTC+04:00)
İraqın Xarici İşlər Nazirliyi yeni bəyanat yayıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İraqla Küveyt arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, 1990-cı il müharibəsində Səddam Hüseyn tərəfindən saxlanılan təyyarələrə görə İraq hökuməti Küveytə yarım milyard kompensasiya ödəyəcək.

Qeyd edək ki, iki ölkə arasında təyyarələrlə bağlı mübahisə 22 il idi ki, davam edirdi. Küveyt hökuməti Səddam Hüseyn tərəfindən saxlanılan 10 təyyarəyə görə, 1.2 milyard kompensasiya tələb edirdi.

Sadiq Musa
AzNews.az