İvanişvilidən rəqibinə zərbə

24 Oktyabr 2012 12:08 (UTC+04:00)


Parlament seçkilərində qalib gəlmiş "Gürcü arzusu" koalisiyasının lideri Bidzin İvanişvili Gürcüstan prezidenti Mixail Saakaşvilini pis vəziyyətə qoyub.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili bildirib ki, 2008-ci il müharibəsini Saakaşvili başlayıb.

İvanişvili həmçinin əlavə edib ki, ölkədə normal hakimiyyət olsaydı Rusiya ilə münasibətlər bu həddə çatmaz və torpaqlar da əldən getməzdi.

Sadiq Musa
AzNews.az