Səfirin qatili öldürüldü

25 Oktyabr 2012 07:33 (UTC+04:00)
Misir hökuməti ABŞ -ın Livandakı səfirinin öldürülməsində iştirak edən şəxsin məhv edildiyini bildirib. Məlumata görə, həmin şəxs oktyabrın 25-də təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb. Şəxsin adı açıqlanmasa da, onu şərti olaraq "Hazem" adlandırıblar.

Təhlükəsizlik qüvvləri onu həbs etmək üçün Mədinə-Nəsr adlı yayaşış massivində mənzilə hücum ediblər. Atışma bir neçə saat davam edib. Şübhəli şəxs hətta təhlükəsizlik xidməti əməkdaşlarına bomba da atıb. Daha sonra atışma yerində onun cəsədi aşkarlanıb.

Başqa bir məlumata görə isə, "Ənsar əl Şəriə" qruplaşmasının rəhbəri Əbu Əyib Benqazidəki ABŞ səfirliyinə hücumda iştirakda təqsirləndirilərərk azadlıqdan məhrum edilib.

Alpər
AzNews.az