Teleaparıcılar - Zaur Baxşəliyevlə Günay Qələndərlinin toy olub. AzNews.az-ın məlumatına görə, paytaxt restoranlarının birində keçirilən toyda hər iki aparıcının doğmaları, qohumları ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri də iştirak ediblər.
Toya dəvət alan qonaqlar şadlıq sarayına onlara verilən dəvətnamələri təqdim etməklə salona keçiblər.
Cütlük toyunun KİV nümayəndələri tərəfindən işıqlandırılmasını istəməsə də, sosial şəbəkələrdə səbəbkarların fotoları yayımlanıb. Toyun qapalı keçməsinə baxmayaraq, toyda olan qonaqlar mobil telefonla səkil çəkməklə bütün qadağaları alt-üst ediblər.
Toyun aparıcıları ATV telekanalının əməkdaşları - "10-lar" verilişinin teleaparıcısı Afaq Gəncəli və Z.Baxşəliyevin aparıcı olduğu "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərli olub.