Prezidentin xarici səfərlərinin pərdəarxası

29 Oktyabr 2012 12:25 (UTC+04:00)
Ermənistan qondarma "DQR"-in tanınması prosesinə start verib. Bunu Türkiyə mətbuatı bu ölkənin təhlükəsizlik xidmətinə istinadən yayıb.

Məlumata əsasən Ermənistan bu istiqamətdə Latın Amerikası, Afrika və Okeaniya ölkələri ilə danışıqlara başlayıb. Ermənistan prezidentinin bu günlərdə Latın Amerikasına səfəri də bu planın tərkib hissəsi kimi xarakterizə edilib. Bu ölkədəki diaspor təşkilatları ilə görüşən Ermənistan prezidenti bu istiqamətdə fəaliyyəti daha da gücləndirməyə çağırıb.

Mənbə bildirib ki, məhz bu səbəbdən Ermənistan bu ilin martında Vanuatu, Nauru və Palau kimi ölkələrlə diplomatik əlaqələr yaradıb. ABŞ və Fransadakı erməni diaspor təşkilatlarına arxalanan Ermənistan qondarma "DQR" və ""erməni soyqırımı"nın tanıdılmasına çalışır.

Elnarə Əlosmanqızı
AzNews.az