Gəncədə qaz balonu partlayıb, yaralananlar var...

Gəncənin Cavadxan qəsəbəsində qaz balonunun partlayışı nəticəsində 2 nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, onlar 1966-cı il təvəllüdlü Aidə Ələkbərova və onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az