Latviya 13 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Latviya Xarici İşlər Nazirliyi 13 Gürcüstan vətəndaşını persona non- qrata elan edib və onların Latviya ərazisinə girişinə qadağa qoyub.

“Xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikasında persona non qrata siyahısına daxil edilməsi barədə qərar qəbul edib”, - deyə departamentin saytında bildirilib .

Bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qadağandır, adları açıqlanmır.

Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar digər Baltikyanı respublikalarla razılaşdırılaraq qəbul edilib.

Mövsüm

AzNews.az