Gürcüstanlı deputat Baltikyanı ölkələri Ukraynanın əsas düşməni adlandırıb

Baltikyanı ölkələr Ukraynanın ən böyük düşmənidir.

Bu barədə Gürcüstan parlamentinin üzvü İrakli Zarkua məlumat verib.

“Əgər onlar Ukraynadan bu qədər narahatdırlarsa və onun sıxışdırıldığını düşünürlərsə, qoy qonşu kimi mübarizəyə qoşulsunlar”, - deyə deputat qeyd edib.

Zarkuanın sözlərinə görə, bu ölkələr Ukrayna ilə maraqlanmırlar; O, həmçinin əlavə edib ki, onların Gürcüstana münasibəti tamamilə eynidir. Belə ki, onlar dəfələrlə ölkədən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsini tələb ediblər.

Mövsüm

Aznews.az