Azərbaycan Milli Məclisinin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilir. Azərbaycan Milli Məclisinin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilir.
  • Paytaxt
  • 24 Dekabr 2018 12:22
  •  2 417

Milli Məclisin bu qərarında dəyişiklik edilir

Azərbaycan Milli Məclisinin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilir.

AzNews.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" MM-in qərarında dəyişiklik edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Cavanşir Feyziyevin namizədliyi təklif edilib.

Qərar layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az