XİN: Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.

Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib:

“Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi yekunlaşacağına inanırıq”.