- Köhnə - Cəmiyyət
- 8 Sentyabr 2018 22:54
- 4 953
Bu rayonda avtomobil Yevlax sakinini vuraraq xəsarət yetirib
Bərdədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi yaxınlığında qeydə alınıb.
Toy mərasimindən evə qayıdan Yevlax rayon Tanrıqullar kənd sakini Ədalət Allahverdiyevi "VAZ-21011" markalı maşın vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az