- Köhnə - Cəmiyyət
- 28 Sentyabr 2018 15:30
- 6 822
Aşura günü 76 nəfərdə sifilis aşkarlanıb - Nazirlikdən açıqlama
Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə aparılan müayinənin cavabları açıqlanıb.
Səhiyyə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Onlardan 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.
Müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilib.
Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılıb.
Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə, Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilib və həmin şəxslər təkrar müayinələrə dəvət olunub.
İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.
Bahar RÜSTƏMLİ
AzNews.az