- Köhnə - Cəmiyyət
- 29 May 2015 20:04
- 2 322
İlham Əliyev Nepalın dövlət başçısını təbrik etdi
İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavı Respublika günü münasibətilə ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına sülh və firavanlıq arzulayıram".