- Maraq dairəsi
- 31 May 2019 14:56
- 4 485
“Hyundai” ilk elektrikli avtobusunu təqdim etdi
Avtobus Koreyada keçirilən sərgidə nümayiş etdirilib
Hyundai şirkəti hava çirklənməsinin qarşısını almaq və tıxacı azaltmağa kömək olmaq üçün elektriklə işləyən avtobus istehsal edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət iki mərtəbədən ibarət olan elektriklə işləyən avtobusunu Koreyada keçirilən sərgidə nümayiş etdirir.
Hyundai şirkətinin ilk elektriklə işləyən iki mərtəbəli avtobusu tam enerji topladıqdan sonra 300 km yol qət edə bilir. Avtobusun birinci mərtəbəsində 11, ikinci mərtəbəsində isə 59 oturacaq var.
Nigar CƏFƏR
AzNews.az