- Köhnə - Dünya
- 24 May 2017 11:59
- 3 764
Zəvvarla dolu avtobus qəzaya uğradı – 21 nəfər öldü
Hindistanın Uttarkxand ştatında dini mərasimdən qayıdan avtobusun dərəyə yuvarlanması nəticəsində 21 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dharasu şəhərində qeydə alınıb.
Avtobus dərənin dibindəki çaya düşüb. Xilasedicilər meyitləri çaydan çıxarıblar. Bir neçə nəfər isə itkin hesab olunur. Hökumət ölənlərin ailəsinə kompensasiya verəcəyini bildirib.
Qəzanın baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub.
Sözügedən ştat zəvvar turizmi ilə məşhurdur. Ştatın ibadət məbədləri hər il minlərlə turisti cəlb edir.
Bəxtiyar Abbasov
AzNews.az