- Köhnə - Dünya
- 1 Sentyabr 2018 10:51
- 3 726
Trampın vəziyyəti “rusca”dı: Əhalinin 60 faizi ona “yox” dedi!
ABŞ-da Donald Trampı bəyənməyən seçicilərin 60% olduğu aşkar olunub. Onun vəzifədən azad olunması üçün sorğuya qatılmışların 49%-i lehinə, 46% isə əleyhinə səs verib.
AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Tramp haqqında keçirilmiş anketin təşkilatçıları “The Washington Post” və “ABC News”dur.
Trampın yaxşı prezident olub-olmaması ilə bağlı sorğuda iştirak edənlərin 60%-i “yox”, 36%-i isə “hə” deyib. Bu da o deməkdir ki, ABŞ-ın yarısından çoxu Trampı istəmir.
2016-cı il seçkisinə Rusiyanın müdaxilə etməsi ilə bağlı araşdırmanın başladılmasına da 63% iştirakçı səs verib.
Robert Müllerin istintaqını dəstəkləyənlər 63%, qarşı çıxanlar isə 29% təşkil edib.
Qeyd edək ki, milli səviyyədə təsadüfi olaraq seçilmiş 1003 yetişkin insanın iştirak etdiyinin sorğunun yanlış olma ehtimalı 3,5%-dir.
Nurlan AĞA
AzNews.az