- Fanat
- 3 Fevral 2019 23:00
- 2 562
Dani Kintana: "Qolum komandaya qələbə gətirmədiyi üçün evə könülsüz gedirəm"
"Təəssüf ki, bugünkü qolum komandaya qələbə gətirmədi".
"Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxandan sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar".
Bunu "Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə 1:1 hesablı heçə-heçədən sonra deyib.
Matçın 6-cı dəqiqəsində hesabı açan ispaniyalı futbolçu qələbəni əldən verdikəri üçün məyus olduqlarını ifadə edib:
"Təəssüf ki, bugünkü qolum komandaya qələbə gətirmədi. Ona görə evə könülsüz gedirəm. Rəqib müdafiəçilərin sərt oynadığını deməzdim. Belə hallar liderlərin oyununda normal hesab olunur". (report)
AzNews.az