- İşin içi
- 13:03
- 754
Taleh Kazımov: "Gündəlik kreditləşmənin sürətli inkişafında maraqlı deyilik"
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il bank olmayan kredit təşkilatlarına gündəlik kreditlər vermək imkanı yaratsa da, bu növ kreditləşmənin sürətli inkişafında maraqlı deyil.
Bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Gündəlik kreditlər həm maliyyə istehlakçılarına, həm də maliyyə qurumlarına ciddi risklər yaradır", - deyə o qeyd edib.