- Köhnə - İqtisadiyyat
- 15 Aprel 2015 10:38
- 2 537
Neftin qiyməti 60.21 dollar oldu – YENİLƏNİB
Bakı vaxtı ilə saat 10.25 dəqiqədə Londonun İCE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2.33 faiz qalxaraq 60.21 dollar təşkil edib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "gazeta" saytı yayıb.
Nyu-York birjasında da "WTI" markalı neftin qiymətində artım olub. Bu markanın bir barelinin qiyməti 0.68 faiz yüksələrək 53.65 dollar olub.
***
10:21
Neftin bir barelinin qiyməti qalxmaqda davam edir.
AZNEWS.AZ xəbər verir ki, Londonun İCE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0.86 faiz qalxaraq 58.43 dollar təşkil edib.
Nyu-York birjasında isə Amerikanın yüngül markası hesab edilən "WTI"nin qiyməti yüksəlib.
Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti 0.30 faiz yüksələrək 53.45 olub.