- Köhnə - İqtisadiyyat
- 24 Aprel 2015 09:45
- 2 280
Neftin qiyməti 65 dollardan aşağı düşdü
Brent markalı neftin bir barelinin qiyməti dünən axşam 65 dollara qalxmışdı, ancaq ötən gecə qiymətin yenidən aşağı düşməsi xəbəri neft istehsalçılarını məyus etdi.
AZNEWS.AZ xəbər verir ki, hazırda Londonun İCE birjasında Brent markalı neft 64.70 dollara satılır.
Nyu-York birjasında isə WTI markalı neft ucuzlaşıb. Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti 0.26 faiz düşərək 57.59 dollar təşkil edib.