Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi ilə bağlı hələlik uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın iştirakçısı olduğu beynəlxalq təşkilatlara müraciət etməyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi ilə bağlı hələlik uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın iştirakçısı olduğu beynəlxalq təşkilatlara müraciət etməyib.

Ermənilərin girov götürdükləri uşağın ailəsi ilə əlaqə saxlanılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi ilə bağlı hələlik uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın iştirakçısı olduğu beynəlxalq təşkilatlara müraciət etməyib.




Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, komitə Azərbaycan Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Tərtər Rayon İcra Hakimiyyətinə müraciət edib: "Bu istiqamətdə işlər görülür. Uşağın girov götürüldüyü şərait araşdırılır".

E.Səfərov əlavə edib ki, komitə Ceyhun Məmmədovun ailəsi ilə də əlaqə saxlayıb.

Qeyd edək, C.Məmmədov sentyabrın 5-də Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

AzNews.az