Sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan serbiyalı həmkarı İvica Dacici qəbul edib. Sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan serbiyalı həmkarı İvica Dacici qəbul edib.

Elmar Məmmədyarov: «Biz Serbiyaya sərmayə yatırırıq»

Sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan serbiyalı həmkarı İvica Dacici qəbul edib.



Nazir Azərbaycan və Serbiya arasında geniş və dərin əməkdaşlıq olduğunu, iki nazirlik arasında məsləhətləşmələr aparıldığını bildirib.

APA-nın məlumatında deyilir ki, Elmar Məmmədyarov daha sonra deyib: "Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".

Birgə mətbuat konfransında çıxış edən nazir bildirib ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: "Gələn il Serbiya ATƏT-ə sədrlik edəcək. Biz bu məsələni də müzakirə etdik. Serbiyaya sərmayə yatırırıq. Serbiya Azərbaycan qazının Balkanlara nəqlində maraqlıdır. Yaxın gələcəkdə iki ölkə arasında biznes-forum və müştərək komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub".

I. Daсic isə yeni layihələri müzakirə etməli olduqlarını söyləyib: "Azərbaycan və Serbiya arasında dostluq münasibətləri var. İki ölkə arasında strateji əməkdaşlıq çərçivəsində münasibətlər inkişaf edəcək. Siyasi iradə mövcuddur, amma iqtisadi əməkdaşlığımız o qədər də inkişaf etməyib və biz bu inkişafa nail olmaq üçün əlimizdən gələni etməliyik. Biz yeni layihələri müzakirə etməliyik, bu xüsusda Azərbaycan və Serbiya arasında biznes-forumun təşkil olunması zəruridir".


AzNews.az