- Köhnə - Siyasət
- 15 Sentyabr 2014 07:39
- 2 573
Əhməd Davudoğlu Azərbaycana gəlir
Türkiyənin yeni baş naziri Kiprə və Azərbaycana səfər edəcək
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ilk xarici səfərə çıxacağı ölkə məlum olub.
ANS PRESS-in xəbərinə görə, Davudoğlunun ilk xarici səfəri ŞimaliKipr Türk Respublikasına (KKTC) və Azərbaycana olacaq.
Baş nazirlik mətbuat mərkəzinin məlumatına görə, Əhməd Davudoğlu sentyabrın 16-da KKTC-yə, 19-20 sentyabrda isə Azərbaycana səfər edəcək.
Xatırladaq ki, 12-ci prezident Rəcəb Tayyib Ərdoğan da vəzifəsinin icrasına başladıqdan sonra ilk olaraq KKTC-yə və Azərbaycana səfər etmişdi.
AzNews.az