Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib.

BŞİH Milli Şuranın mitinqinə “hə” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib.


Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev AzNews.az-a açıqlamasında bildirib ki, mayın 30-na təyin edilən mitinqə razılıq verilməsi ilə bağlı quruma rəsmi sənəd göndərilməyib:
"Qaydaya görə, Milli Şuraya Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi sənəd daxil olmalıdır. Milli Şura həmin sənədi alandan sonra məsələ Koordinasiya Mərkəzində müzakirə olunacaq. Bundan sonra mitinqin keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək".

Qeyd edək ki, Milli Şura mayın 30-da, saat 15:00-dan 17:00-dək mitinq keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə qurum mitinq keçirtmək üçün məkan kimi Yasamal rayonu ərazisində "Məhsul" stadionunu göstərib.

Bahar RÜSTƏMLİ
AzNews.az