Tokayev və Si Cinpin Transxəzər marşrutu ilə yük daşımaları mərasimində onlayn iştirak edib

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Çin Xalq Respublikasının sədri Si Cinpin onlayn şəkildə Astanada keçirilən Transxəzər marşrutu üzrə yüklərin buraxılması mərasimində iştirak ediblər.

Bu barədə Qazaxıstan liderinin saytında məlumat verilib .

“Qazaxıstan və Çin rəhbərləri onlayn olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük maşınlarının və dəmir yolu konteynerlərinin göndərilməsi mərasimində iştirak ediblər”, - məlumatda deyilir.

Tədbir iştirakçılarına Böyük İpək Yolu ilə tranzit uçuş haqqında videoçarx nümayiş etdirilib.

Mövsüm

Aznews.az