- Dünyanın halı
- 1 Oktyabr 14:59
- 1 903
Hizbullah Təl-Əvivin kənarındakı Mossad qərargahına zərbələr endirib
Livanın Hizbullah hərəkatı İsrail Müdafiə Qüvvələrinin (IDF) 8200 kəşfiyyat bölməsinin Qlilot bazasına və Mossad kəşfiyyat xidmətinin qərargahına raket hücumu təşkil etdiyini açıqlayıb.
“İslam müqaviməti İsrail ordusunun 8200-cü kəşfiyyat bölməsinin Qlilot bazasına və Təl-Əviv ətrafında yerləşən Mossad qərargahına Fadi-4 raketləri ilə hücum edib”, - deyə Teleqram kanalında yayılan bəyanatda bildirilir.
Hərəkat nümayəndələrinin sözlərinə görə, zərbələr İsrail hərbçilərinin mülki əhaliyə hücumlarına cavab olaraq, həmçinin Qəzza zolağına dəstək məqsədilə həyata keçirilib.
Mövsüm
AzNews.az