- Dünyanın halı
- 9 Oktyabr 22:10
- 2 481
Aİ səfirləri Kiyevə 35 milyard avro kreditin mexanizmini razılaşdırıblar — Aİ Şurası
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər müqabilində Kiyevə 35 milyard avro kreditin verilməsi mexanizmini razılaşdırıblar və bunu Aİ Şurasında təsdiqləmək üçün yazılı prosedura başlayıblar.
Bu barədə Macarıstan sədrliyi özünün X səhifəsində bildirib.
“Səfirlər Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən fövqəladə gəlirlərin kreditlərə xidmət və qaytarılması üçün istifadəsi ilə bağlı aşağıdakı hüquqi aktların qəbulu üçün yazılı prosedurdan istifadə etməyə razılaşdılar: Ukrayna Avropa Parlamenti tənzimləmə layihəsi ilə bağlı mövqeyini qəbul etdikdən sonra yazılı prosedur başlayacaq”, - deyə sənəddə bildirilir.
Aİ-dən verilən 35 milyard avroluq kredit G7 kredit xəttinin bir hissəsi olmalıdır ki, bu da ümumilikdə 50 milyard dollar və ya 45 milyard avro təşkil edəcək.
Mövsüm
AzNews.az