Siyarto: "Ukrayna NATO-ya qəbul olunarsa, üçüncü dünya müharibəsi başlayacaq"

Əgər Ukrayna NATO-ya qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlaması anlamına gələ bilər.

Bu barədə Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

“Mövcud şəraitdə Ukrayna NATO-ya qəbul olunarsa, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq”, - deyə o bildirib.

Bundan əlavə, o əlavə edib ki, Macarıstan tərəfi həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurma təxribatının əleyhinə olub.

Mövsüm

AzNews.az