Kosovo Bosniya və Herseqovina üçün vizaları birtərəfli qaydada ləğv etmək qərarına gəlib

Kosovo Baş naziri Albin Kurti Almaniyanın paytaxtı Berlində Avropa və Qərbi Balkan ölkələrinin liderlərinin bir araya gəldiyi “Berlin prosesi” sammiti çərçivəsində məsələ ilə bağlı açıqlama verib.

Təxminən 10 ildə Berlin Prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Kurti, daha çox hərəkətə ehtiyac olduğunu bildirib.

Albin Kurti, Kosovo qurumlarının 2022-ci ildə Berlin Prosesi çərçivəsində Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət etməsinə imkan verəcək razılaşmanı təsdiqlədiyini, lakin iki qurumdan biri olan Serb Respublikası (RS) bunu təsdiqləməkdən imtina etdiyini vurğulayıb.