ABŞ İsrailə THAAD raketdən müdafiə sistemi və yüz hərbçi göndərəcək

ABŞ prezidenti Co Baydenin Amerikanın THAAD raketdən müdafiə sistemini və ona xidmət etmək üçün 100-ə yaxın hərbçini İsrailə təhvil verməsi son 24 saat ərzində dünya mediasının əsas mövzularından birinə çevrilib.

BBC News: ABŞ əsgərləri və THAAD raket əleyhinə müdafiə sistemlərini yerləşdirməklə Yaxın Şərqdəki rolunu gücləndirir

"Bayden, raketdən müdafiə sisteminin və ordunun yerləşdirilməsinin oktyabrın 1-də böyük bir hücum həyata keçirən İranla gərginləşən qarşıdurma fonunda “İsraili müdafiə etmək” üçün ediləcəyini söyləyib. Həmin vaxt İsrail ərazilərinə 180-dən çox ballistik raket atılıb. Eyni zamanda, Amerika hərbi qüvvələrinin İsraildə təlimlər xaricində yerləşdirilməsi olduqca nadirdir",- deyə nəşr qeyd edib.

Mövsüm

AzNews.az