Finlandiya XİN: Qərb Ukraynanı dəstəkləməkdən yorulub

Qərb Ukraynanı dəstəkləməkdən yorulub.

Bu bəyanatla Finlandiyanın xarici işlər naziri Elina Valtonen çıxış edib.

“Qərb dövlətləri Ukraynanı dəstəkləməkdən yorulub və getdikcə münaqişənin hansısa formada həllinə ümid edirlər”,- o ,"Financial Times"-a deyib.

Onun sözlərinə görə, yorğunluq “realdır” və getdikcə daha da pisləşir. Eyni zamanda, Valtonen Qərb ölkələrindən olan həmkarlarını Kiyevə yardım göstərmək üçün “səylərini ikiqat artırmağa” çağırıb.

Mövsüm

AzNews.az