Qəzzada ölənlərin sayı 43 min 736-ya yüksəlib

İsrailin Qəzza zolağına hücumları 405 gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 3 hücumda 24 fələstinlinin həyatını itirdiyi, 112 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan hücumlarda ümumi can itkisinin 43 min 736-ya, yaralı sayının isə 103 min 370-ə yüksəldiyi bildirilib.

Humanitar yardım təşkilatlarından verilən açıqlamalara görə, İsrail qüvvələrinin 10 oktyabr-13 noyabr tarixləri arasında həyata keçirdiyi hücumlarda 20 yardım işçisi həyatını itirib.