Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək...

Almaniya Suriyaya yalnız ölkənin yeni hökumətinin qadınların və azlıqların hüquqlarına hörmət etməsi şərti ilə maliyyə yardımı göstərəcək.

Almaniyanın xarici işlər naziri Annalena Barbok bu barədə "Tagesthemen" -də məlumat verib.

O qeyd edib ki, Suriyaya səfərindən sonra ölkə cəmiyyətindəki parçalanma onu təəccübləndirib. O qorxur ki, Suriyada qadınlar üçün azadlıq yox ola bilər. Ona görə də qadın hüquqları məsələsi həlledicidir, əgər onlar tapdalanırsa, o zaman heç kim azad olmayacaq.

Mövsüm

Aznews.az