Naməlum şəxslər Boqotanın mərkəzində yerli sakinlərə qumbara atıblar

Kolumbiyanın paytaxtı Boqotanın mərkəzində naməlum şəxslər bir qrup şəxsə partlayıcı atıb, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu "El Colombiano" qəzeti məlumat yayıb.

“Boqotanın mərkəzindəki San Bernardo məhəlləsində qumbaranın partlaması nəticəsində 1 nəfər ölüb, azı 7 nəfər yaralanıb”, - nəşr yazır.

Artıq hakimiyyət orqanlarının araşdırma apardığı qeyd edilir. Ehtimallara görə, buna səbəb cinayətkar qruplaşmalar arasında hesablaşmalar ola bilər.

Mövsüm

Aznews.az