- Dünyanın halı
- 19 Mart 22:09
- 854
Al Masirah : ABŞ Yəmənin paytaxtı Sənanı vurdu

ABŞ ordusu Yəmənin Səna şəhərinə zərbələr endirib.
Bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Nəşr öz müxbirlərinə istinadən qeyd edir ki, “Amerika hava hücumları paytaxt Sənanı, [[Səada] və Əl-Bayda şəhərlərini hədəf alır".
Bundan əvvəl, martın 17-də ABŞ-nin Hodeyda əyaləti ərazisinə endirdiyi zərbələr nəticəsində Ənsar Allah üsyançı hərəkatından onlarla yəmənli husinin öldürüldüyü bildirilmişdi . Bir gün əvvəl Husilər, ABŞ-nin Yəməni bombalamağa davam edəcəyi təqdirdə eskalasiyalarını artıracaqlarını qeyd edib.