HƏMAS: ABŞ vətəndaşı olan israilli girovun taleyi naməlumdur

Fələstin hərəkatı HƏMAS, israilli, ABŞ vətəndaşlığı olan girovu qoruyan müşayiət qrupla əlaqənin itirildiyini bildirib. Girovun saxlanıldığı yerə zərbə endirilib.

Bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndələri məlumat yayıb.

“İsrail əsgəri İden Aleksandrı qoruyan qrupla əlaqəni itirdiyimizi bildiririk,” – deyə Telegram kanalında qeyd olunub.

HƏMAS əlavə edib ki, saxlanılma yeri İsrail tərəfindən bombalanıb. Hazırda isə hərəkat bu müşayiət qrupu ilə əlaqə qurmağa çalışır.

Mövsüm

Aznews.az