- Göz önü
- 14:00
- 1 663
Azər Əmiraslanov MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının (PA) İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.
Bu barədə AzNews.az MDB PA-nın mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda qeyd olunub ki, bu qərar komissiyanın Sankt-Peterburqda keçirilən iclasında qəbul edilib.