Türkiyədə bir nəfərin bıçaqla hücumu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyənin Bingöl vilayətində bıçaqla silahlı şəxs vətəndaşlara hücum edib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə“Hürriyet” məlumat yayıb.

“Bu gün saat 13:30 radələrində narkotik aludəçisi olduğu güman edilən şəxsin kəsici alətlə hücumu nəticəsində iki vətəndaşımız həlak olub, 7-si yaralanıb”, - materialda deyilir.

Zərərçəkənlər təcili olaraq şəhər xəstəxanasına yerləşdirilib. Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır.

Mövsüm

AzNews.az