Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyənin Aksaray vilayətində oktyabrın 18-də səhər saatlarında avtobus qəzası baş verib.

XəbərVakti xəbər verir ki , ilkin məlumatlara görə, 6 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Qəza Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndi yaxınlığında baş verib.

TGRT Haber -in məlumatına görə , avtobus Bandırmadan Kapadokya istiqamətində hərəkət edirmiş.

Mövsüm

AzNews.az